10:11
637
İsrail Müdafiə Qüvvələri (İMQ) Tehrandakı komanda mərkəzlərinə zərbələr endirdiyini bildirib.
Xalqcebhesi.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin Telegram kanalında dərc olunmuş açıqlamasında deyilir: "Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri İsrail Müdafiə Qüvvələrinin kəşfiyyat məlumatlarına əsasən Tehran boyunca komandanlıq mərkəzlərinə əlavə zərbələr endirib. Bu zərbələrin bir hissəsi olaraq, İsrail Müdafiə Qüvvələri Bəsic (İİKK daxilində hərbiləşdirilmiş milis) və daxili təhlükəsizlik komandanlıq mərkəzlərinə onlarla sursat atıb".
Məryəm Quliyeva