Kobaxidze: Azərbaycanla Ermənistan arasında sülh bölgənin inkişafı üçün yaxşı zəmin yaradır Dünya

Kobaxidze: Azərbaycanla Ermənistan arasında sülh bölgənin inkişafı üçün yaxşı zəmin yaradır

Regionda sabitliyin qorunması çox vacibdir. Gürcüstan son zamanlar bölgədə inkişaf edən tendensiyalardan məmnundur.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında imzalanmış sülh sazişi böyük əhəmiyyət kəsb edib.

"Bütün bunlar bölgəmizin gücləndirilməsi və inkişafına daha çox qayğı göstərməyimiz üçün çox yaxşı zəmin yaradır", - Kobaxidze əlavə edib.