İrana qarşı əməliyyatlarda ABŞ-ın 50 mindən çox hərbçisi iştirak edir Dünya

İrana qarşı əməliyyatlarda ABŞ-ın 50 mindən çox hərbçisi iştirak edir

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper İrana hücumun miqyasını açıqlayıb.

APA xəbər verir ki, əməliyyatlarda 50 mindən çox hərbçi iştirak edir.

Kuperin sözlərinə görə, həmçinin əməliyyatlarda 200-dən çox təyyarə, iki təyyarə daşıyan gəmi iştirak edib.

ABŞ qüvvələri İranda yerləşən hədəflərə 2 mindən çox zərbə endirib.

Hücum nəticəsində İranın havadan müdafiə sistemləri zəifləyib.