Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib Siyasət
- 8 İyun 2020 14:28
- 2 016
İyunun 8-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Xalq cəbhəsi”nə verilən məlumata görə, iclası açan komitə sədri Siyavuş Novruzov gündəlik haqqında məlumat verib.
Bildirilib ki, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi baxılmaq üçün müzakirəyə çıxarılır. Layihəyə əsasən Naxçıvan Muxtar Respublikasının Babək qəsəbəsinə şəhər statusunun verilməsi, Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu verilməsi nəzərdə tutulub.
Komitə sədri deyib ki, Ümummilli lideri Heydər Əliyevin qurduğu Müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında günbəgün inkişaf edir. Həm iqtisadi islahatlar, həm sosial problemlərin həll olunması regionların da inkişafında özünü büruzə verir. Son illər Babək rayonunda geniş abadlıq, quruculuq tədbirləri həyata keçirilib, onlarla inzibati bina, məktəb və xəstəxanalar, sənaye müəssisələri, park və xiyabanlar salınıb.
Sonra komitə sədri Babək qəsəbəsi, rayonun Cəhri və Nehrəm kəndləri haqqında iclas iştirakçılarına ətraflı məlumat verib, bu yaşayış yerlərin tarixindən danışıb, Muxtar Respublikanın bu bölgəsində ki, sosial-iqtisadi inkişafdan bəhs edib. Babək qəsəbəsininə şəhər statusunun, adı çəkilən kəndlərə isə qəsəbə statusunun verilməsinin əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, Babək qəsəbəsi ümummilli lider tərəfindən 1978-ci ildə yaradılmışdı. Babək qəsəbəsi rayonun inzibati mərkəzi olmaqla yanaşı, həmçinin iqtisadi və mədəni mərkəzdir.
Bildirilib ki, Babək rayonun Cəhri və Nehrəm kəndlərinə göstərilən dövlət qayğısı nəticəsində əhalinin sayı artmaqla bərabər, sosial-iqtisadi inkişaf və məşğulluq səviyyəsi də yaxşılaşmış, yeni istehsal və sosial-mədəni obyektlər qurulmaqla hər iki kənd müasir tipli qəsəbəyə çevrilib.
Komitə üzvləri Səttar Möhbalıyev, Nizami Cəfərov, Cavid Osmanov, Tahir Rzayev, Kamran Bayramov, Məzahir Əfəndiyev, Emin Hacıyev, Malik Həsənov məsələ ilə bağlı öz fikirlərini açıqlayıblar.
Müzakirələrin sonunda sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.
-
Makron bir şəxsin iki dəfədən artıq prezident ola bilməsinə məhdudiyyəti doğru saymır
-
2017-ci ildən Bakı marafonunda iştirak edirəm - Vüqar Musayev
-
Azərbaycan hər zaman idman ölkəsi kimi dünyada tanınır - Xəzər Bağıyev
-
Şərurda çoxmənzilli yaşayış binasının zirzəmisini su basıb - VİDEO
-
Bu gün Bakının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur
-
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” keçirilir - FOTO
-
Bakıda məişət tullantıları yanıb, 1 nəfərin meyiti tapılıb
-
“İstəyirlər ki, Rusiya ilə düşmən olaq” – Qüdrət Həsənquliyev
-
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
Türkiyə parlamentinin komitə sədri ABŞ-da Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
-
FHN-in Gəncə Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqləri keçirib
-
Fransanın iqtisadiyyat naziri avtomobili ilə velosipedçini vurub
-
Minaların daha tez təmizlənməsi üçün xəritələr olmalıdır - Norveçli səyyah
-
Şahmatçılarımız 125 min dollarlıq yarışda
-
“Qızıl əlcək” sahibini tapdı
-
Yeni ixtisas üzrə təhsil müəssisəsində ilk dəfə tədrisə başlanılması qaydaları açıqlandı
-
HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib
-
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma qiymətləri əhalinin büdcəsinə necə təsir edəcək?
-
Türkiyə-Azərbaycan Biznes Forumu keçiriləcək - Əli Əsədov da qatılacaq
-
İstirahət günü hava necə olacaq? - PROQNOZ
-
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
-
Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub
-
Almaniya Ukraynaya altı radar sistemi göndərəcək
-
Azərbaycanın COP29 sədri kimi çox mühüm rolu var - Kelli Sims Qallaher
-
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırdı
-
Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında
-
Rəsmi Moskva: Gürcüstandakı hadisələrdə Rusiya izi yoxdur
-
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
-
Zaxarova Alen Simonyana cavab verib
-
Həbsdə olan MTN generalının müraciəti geri qaytarılıb
-
Rusiya XİN: KTMT Ermənistansız da effektiv struktur olaraq qalacaq
-
Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq
-
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldılıb
-
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
-
Komitə sədri GMİ sədri ilə görüşüb
-
Putin Rəhmonla tacik miqrantlarla bağlı problemi müzakirə edib
-
Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq
-
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətləri müəyyənləşdirilib
-
Ərdoğan: Türkiyə İsraillə ticarət əlaqələrini kəsmək qərarına gəlib
-
Daha 66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib
-
MMC-lərin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə cərimə müəyyənləşir
-
Külək güclənib, bəzi bölgələrə yağış yağıb - FAKTİKİ HAVA
-
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Qeydiyyata alınmadan tütün məmulatları istehsal edənlər cərimələnəcək
-
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib
-
Ölkədə birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
-
Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab verdi
-
“İsraillə ticari əlaqələrin kəsilməsi iqtisadi itki deyil”- MÜSİAD sədri
-
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
-
Sosial Tədqiqatlar Mərkəzi ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında əməkdaşlıq memorandumu imzalanıb
-
İlahiyyat İnstitutunun tələbələri Akademik Milli Dram Teatrında olublar
-
Şahin Mustafayev Moskvada Overçukla görüşüb, ticarət-iqtisadi əməkdaşlığı müzakirə edib
-
Tbilisi Fransanı qeyri-obyektivlikdə günahlandırıb
-
Şimali İraqda 32 PKK terrorçusu zərərsizləşdirilib
-
Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək
-
Londonun Aİ-dən fərqli olaraq öz qlobal siyasi hədəfləri var
-
Komitə sədri Rusiya Müsəlmanları Ruhani İdarəsinin nümayəndədi ilə görüşüb
-
Sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb
-
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatıb
-
Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib