Hadrutda qarın hündürlüyü 80 santimetrə çatdı - FOTO Cəmiyyət

Hadrutda qarın hündürlüyü 80 santimetrə çatdı - FOTO

Hadrut qəsəbəsində son günlər müşahidə olunan intensiv qar yağması nəticəsində qar örtüyünün hündürlüyü 80 santimetrə çatıb.

Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, güclü yağıntı bölgədə qış mənzərəsi yaradıb, eyni zamanda gündəlik həyatda müəyyən çətinliklərə səbəb olub.

Məlumata görə, bəzi kənd və qəsəbədaxili yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşıb.

Aidiyyəti qurumlar yolların qardan təmizlənməsi və təhlükəsizliyin təmin olunması istiqamətində işləri davam etdirirlər.