Qərbi Azərbaycan Vilayətinin (ostan) Sənaye Şəhərciklərinin müdir-amili Xoyda bir şəhərciyin təməlqoyma mərasimində bildirib ki, dünya mə`dənlərinin 7 faizi İrandadır və İran mə`dən maddələrini xam şəklində satan 7 ölkədən biridir.
Sabir Pərniyan əlavə edib: "Təəssüflə Qərbi Azərbaycan mə`dənlərinin 80 faizi yerli olmayan şəxslər tərəfindən idarə edilir və bu səbəbdən mə`dənlərdə çıxarılan məhsul başqa vilayətlərə aparılır və onun əlavə dəyəri (erzeşe əfzudə) elə o vilayətlərə nəsib olur."
S.Pərniyan açıqlayıb ki, sənaye sahəsi son 8 il ərzində sanksiyalar (təhrimlər) və digər bir neçə səbəbə görə zəifləyib və az da olsa hazırlanmış altyapı (zirsaxt) fəaliyyətləri dayandırılıb.