Güləş üzrə U-17 Azərbaycan çempionatı keçiriləcək İdman

Güləş üzrə U-17 Azərbaycan çempionatı keçiriləcək

Sərbəst və yunan-Roma güləşi üzrə U-17 Azərbaycan çempionatı keçiriləcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yarış aprelin 23-26-da FHN İdman-Sağlamlıq Klubunda baş tutacaq.

Azərbaycan çempionatı Azərbaycan Güləş Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək. Yarış müvafiq yığma komandalara seçim xarakteri daşıyır.

Qeyd edək ki, çempionatın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.