“Yuventus” İtaliya kobukunun finalına yüksəlib İdman

“Yuventus” İtaliya kobukunun finalına yüksəlib

İtaliya kubokunda ilk finalçı bəlli olub.

Trend-ə İdman.biz-ə istinadən xəbər verir ki, “Yuventus” həlledici oyuna vəsiqə qazanıb.

“Qoca Sinyora” iki matçın nəticəsinə görə, “Latsio”nu mübarizədən kənarlaşdırıb. Öz meydanında 2:0 hesabı ilə qalib gələn Turin klubu səfərdə Milikin 84-cü dəqiqədə qol sayəsində finala yüksəlib. Hesab 2:0 “Latsio”nun xeyrinə olarkən polşalı forvard vacib qola imza atıb.
Qeyd edək ki, yarımfinalın digər cavab oyununda “Atalanta” “Fiorentina”nı (0:1) qəbul edəcək.