Əliyar Ağayevin idarə etdiyi oyunda Fatih Terimin komandası uduzub İdman

Əliyar Ağayevin idarə etdiyi oyunda Fatih Terimin komandası uduzub

Azərbaycanın FIFA referisi Əliyar Ağayev Yunanıstan çempionatının oyununu idarə edib.

Trend-in məlumatına görə, o, Superliqada “Panatinaikos” və “Aris” komandaları arasında keçirilən matçda ədaləti qoruyub.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. VAR-da Kamal Umudlu, onun köməkçisi isə Andreas Fotopoulos olub. Dördüncü hakim funksiyasını Fotis Polironis yerinə yetirib.

Görüş Fatih Terimin başçılıq etdiyi "Panatinaikos"un minimal hesablı məğlubiyyəti ilə başa çatıb. Yeganə qolu 2-ci dəqiqədə Alvaro Zamora vurub. Ə.Ağayev oyun ərzində ümumilikdə 11 futbolçuya sarı vərəqə göstərib. Vərəqələrdən 5-i meydan sahiblərinin, 6-sı isə qonaqların payına düşüb.

Qeyd edək ki, bu nəticədən sonra 71 xalı olan "Panatinaikos" 3-cü, 52 xalı olan "Aris" isə 5-ci pillədə qərarlaşıb.