Yusuf Yazıcı Avropanın önəmli klubunun transfer siyahısında İdman

Yusuf Yazıcı Avropanın önəmli klubunun transfer siyahısında

Fransa Liqa 1 komandalarından “Lill”də çıxış edən milli futbolçu Yusuf Yazıcı Avropanın önəmli klubunun transfer namizədləri arasında yer alıb. Xalqcəbhəsi.az xarici mətbuata istinadən xəbər verir ki, Fransanın "Lill" komandasında çıxış edən Yusuf Yazıcı göstərdiyi performansla Avropa nəhəngi "Ayaks"ın transfer namizədlərindən biri olub. Hollandiya mediasında yer alan xəbərə görə, Yusuf Yazıcı Ayaksın 10 nəfərlik sağ cinah namizədləri arasındadır.
Xəbərdə, “Gələn yay pulsuz transfer üçün çox az keyfiyyətli sağ cinah oyunçusu olacaq, amma Yusuf Yazıcı şans ola bilər. Lillin 10 nömrəsi son dərəcə texnikalıdır, kiçik məkanlarda güclüdür və eyni zamanda sağ cinah mövqeyini də doldura bilir. Onun çox yönlü olması üstün cəhətidir”,- deyə bildirilib.