Yunanıstan klubu Fatih Terimlə yollarını ayırır İdman

Yunanıstan klubu Fatih Terimlə yollarını ayırır

Yunanıstanın “Panatinaikos” klubu baş məşqçisi Fatih Terimlə yollarını ayırmaq qərarına gəlib.

Trend xarici mətbuata istinadən xəbər verir ki, buna komandanın Superliqanın pley-off mərhələsindəki uğursuz çıxışı səbəb olub.

Ardıcıl məğlubiyyətlərdən sonra çempionluq şanslarını xeyli azaldan Afina təmsilçisi 71 xalla üçüncü pilləyə geriləyib.
İddiaya görə, klub rəhbərliyi növbəti mövsüm üçün yeni baş məşqçi axtarışındadır. Klub 70 yaşlı mütəxəssisi vaxtından əvvəl istefaya göndərsə, ona 1 milyon 100 min avro təzminat ödəməlidir.

Qeyd edək ki, Fatih Terim "Panatinaikos"la ötən ilin dekabr ayında 1,5 illik müqavilə imzalayıb. Komanda onun rəhbərliyi altında meydana çıxdığı 25 rəsmi oyunda 14 qələbə, 6 heç-heçə və 5 məğlubiyyətlə yadda qalıb.