“Hər bir məğlubiyyət böyük təcrübə qazandırır” İdman
- 15 Dekabr 2016 17:44
- 11 333
Qurban Qurbanov: "O, həm yığmada, həm də "Qarabağ"da böyük fədakarlıq göstərdi"
Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğunun qalibi olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mükafatına qovuşub. Apasport.az saytının məlumatına görə, topladığı 47 səslə 7-ci dəfə ilin ən yaxşı məşqçisi seçilən 44 yaşlı mütəxəssis tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Qurbanov əvvəlcə ilin ən yaxşı məşqçisi adına layiq görülməsi ilə bağlı fikirlərini bölüşüb: "Bu nominasiyada məni qalib saydığınız üçün hər birinizə təşəkkür edirəm. İlin məşqçisi seçilmək, uğurlu nəticələr qazanmaq hər bir məşqçinin arzusudu".
- Ötən illə müqayisədə bu dəfə rəqabət daha güclü idi. Milli komandamız DÇ-2018-in seçmə mərhələsində 7 xal topladı, "Qəbələ" ardıcıl ikinci dəfə Avropa Liqasının qrupuna vəsiqə qazandı. Bunun fonunda səsvermə zamanı böyük fərqlə qalib gəlməyiniz sizin üçün sürpriz olmadı?
- Açığı, sürpriz oldu. Mən də Robert Prosineçkini bu ada layiq görürdüm. Məni seçdiyiniz üçün bir daha təşəkkür edirəm. Amma Prosineçkinin də burda olmasının tərəfdarı olardım.
- Hər məğlubiyyətdən sonra deyirsiniz ki, bundan nəsə öyrənirəm. Bəs Avroliqada bu dəfə qrupda qalmaqdan nə öyrəndiniz?
- Çox şey öyrəndim. Düşünürəm ki, bunun faydasını gələcəkdə görəcəm.
- Sizi məşqçi kimi, iki dəfə kövrələn görmüşük: bir dəfə çempion olanda, bir dəfə isə Rəşad Sadıqov "Slovan"la Bakıdakı qarşılaşmada bərabərlik qolunu vuranda. Bəs bizim görmədiyimiz elə bir an olubmu ki, sevincdən kövrəlmisiniz?
- Bəli, o qədər olub.
- Elə bir oyun varmı ki, "kaş o görüşdə səhvlərə yol verməzdik" deyirsiniz?
- Çox olub belə oyunlar. Təbii ki, bu haqda düşünmək, qərar qəbul etmək sonra gec olur. Amma hər bir məğlubiyyət böyük təcrübə qazandırır. Düşünürəm ki, bu səhvlərin sayı get-gedə azalır.
- Klub rəhbərliyi bildirmişdi ki, komandanın qrupdan çıxmasını gözləyirdik. Hər hansı bir irad, narazılıq oldumu?
- Yox, olmadı. Rəhbərliklə daim ünsiyyətdə oluruq, onlar hər şeyi çox gözəl başa düşürlər. Həmişə söhbət zamanı komandanın növbəti ildə daha güclü olması, uğur qazanması barədə fikir mübadiləsi aparmışıq, bunun yollarını müzakirə etmişik.
- Sizə görə, "Qarabağ"da ilin futbolçusu kimdi?
- Açığı, konkret deyə bilmərəm kimdi. Amma ümumi keçilən yolları düşünsək, mən Rəşad Sadıqovu seçərdim. Çünki o, həm milli komandada, həm də "Qarabağ"da çox böyük fədakarlıq göstərdi. Rəşadı bu ada layiq görürəm.

- 4 May 13:12
- 1 127
- 4 May 13:11
- 1 120
- 3 May 13:28
- 1 386
-
Makron bir şəxsin iki dəfədən artıq prezident ola bilməsinə məhdudiyyəti doğru saymır
-
2017-ci ildən Bakı marafonunda iştirak edirəm - Vüqar Musayev
-
Azərbaycan hər zaman idman ölkəsi kimi dünyada tanınır - Xəzər Bağıyev
-
Şərurda çoxmənzilli yaşayış binasının zirzəmisini su basıb - VİDEO
-
Bu gün Bakının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur
-
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” keçirilir - FOTO
-
Bakıda məişət tullantıları yanıb, 1 nəfərin meyiti tapılıb
-
“İstəyirlər ki, Rusiya ilə düşmən olaq” – Qüdrət Həsənquliyev
-
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
Türkiyə parlamentinin komitə sədri ABŞ-da Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
-
FHN-in Gəncə Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqləri keçirib
-
Fransanın iqtisadiyyat naziri avtomobili ilə velosipedçini vurub
-
Minaların daha tez təmizlənməsi üçün xəritələr olmalıdır - Norveçli səyyah
-
Şahmatçılarımız 125 min dollarlıq yarışda
-
“Qızıl əlcək” sahibini tapdı
-
Yeni ixtisas üzrə təhsil müəssisəsində ilk dəfə tədrisə başlanılması qaydaları açıqlandı
-
HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib
-
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma qiymətləri əhalinin büdcəsinə necə təsir edəcək?
-
Türkiyə-Azərbaycan Biznes Forumu keçiriləcək - Əli Əsədov da qatılacaq
-
İstirahət günü hava necə olacaq? - PROQNOZ
-
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
-
Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub
-
Almaniya Ukraynaya altı radar sistemi göndərəcək
-
Azərbaycanın COP29 sədri kimi çox mühüm rolu var - Kelli Sims Qallaher
-
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırdı
-
Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında
-
Rəsmi Moskva: Gürcüstandakı hadisələrdə Rusiya izi yoxdur
-
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
-
Zaxarova Alen Simonyana cavab verib
-
Həbsdə olan MTN generalının müraciəti geri qaytarılıb
-
Rusiya XİN: KTMT Ermənistansız da effektiv struktur olaraq qalacaq
-
Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq
-
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldılıb
-
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
-
Komitə sədri GMİ sədri ilə görüşüb
-
Putin Rəhmonla tacik miqrantlarla bağlı problemi müzakirə edib
-
Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq
-
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətləri müəyyənləşdirilib
-
Ərdoğan: Türkiyə İsraillə ticarət əlaqələrini kəsmək qərarına gəlib
-
Daha 66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib
-
MMC-lərin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə cərimə müəyyənləşir
-
Külək güclənib, bəzi bölgələrə yağış yağıb - FAKTİKİ HAVA
-
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Qeydiyyata alınmadan tütün məmulatları istehsal edənlər cərimələnəcək
-
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib
-
Ölkədə birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
-
Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab verdi
-
“İsraillə ticari əlaqələrin kəsilməsi iqtisadi itki deyil”- MÜSİAD sədri
-
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
-
Sosial Tədqiqatlar Mərkəzi ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında əməkdaşlıq memorandumu imzalanıb
-
İlahiyyat İnstitutunun tələbələri Akademik Milli Dram Teatrında olublar
-
Şahin Mustafayev Moskvada Overçukla görüşüb, ticarət-iqtisadi əməkdaşlığı müzakirə edib
-
Tbilisi Fransanı qeyri-obyektivlikdə günahlandırıb
-
Şimali İraqda 32 PKK terrorçusu zərərsizləşdirilib
-
Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək
-
Londonun Aİ-dən fərqli olaraq öz qlobal siyasi hədəfləri var
-
Komitə sədri Rusiya Müsəlmanları Ruhani İdarəsinin nümayəndədi ilə görüşüb
-
Sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb
-
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatıb
-
Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib