Etirazçılar Baş nazir ilə  görüşməyi tələb ediblər Dünya

Etirazçılar Baş nazir ilə  görüşməyi tələb ediblər

Hökumət Administrasiyasında polis qüvvələri müxalif "Vətəndaşlar" partiyasının lideri Aleko Elisaşvilini saxlayıblar.

Gürcüstan mətbuatı xəbər verir ki, hazırda onun hara aparıldığı məlum deyil. Çox güman ki, o, ərazidən qovulub.

Bundan əvvəl mitinq iştirakçılarının bir neçəsinin Hökumət Administrasiyası yaxınlığında saxlanıldığı görülüb.

Etirazçılar Baş nazir İrakli Kobaxidze ilə çıxıb görüşməyi tələb edirlər. Onların digər tələbləri də skandallara səbəb olan 'Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə geri götürülməsidir

Cavid