Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək Dünya

Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Aprelin 19-da Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək.

Trend xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Çexiya, Danimarka və Niderlandın Baş nazirləri ilə keçirdiyi birgə mətbuat konfransında söyləyib.

NATO-nun Baş katib bildirib ki, iclasda Ukraynaya hava hücumundan müdafiə və artilleriya mərmilərinin yardımı məsələsi müzakirə ediləcək.