“Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib Dünya

“Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

İngiltərə Premyer Liqasında XXIX turdan təxirə salınmış oyun keçirilib.

Trend-in məlumatına görə, London derbisində "Arsenal" doğma meydanda "Çelsi"ni qəbul edib. Görüş "topçular"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Leandro Trossard, Ben Uayt və Kai Hevertz vurub.
Bu nəticədən sonra xallarını 77-yə çatdıran "Arsenal" liderliyə yüksəlib. "Liverpul" 74 xalla ikinci, rəqibindən bir xal az toplayan "Mançester Siti" isə üçüncü pillədə qərarlaşıb.