ABŞ-da tornadolar nəticəsində üç nəfər ölüb Dünya

ABŞ-da tornadolar nəticəsində üç nəfər ölüb

ABŞ-ın Oklahoma ştatında tornadolar nəticəsində biri uşaq olmaqla azı üç nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, ştatda bir neçə güclü tornado qeydə alınıb. Hadisə ilə əlaqədar ştatda fövqəladə vəziyyət elan edilib.