DİN aksiyaçılara xəbərdarlıq edib Dünya

DİN aksiyaçılara xəbərdarlıq edib

Daxili İşlər Nazirliyi mitinq iştirakçılarına növbəti xəbərdarlıq bəyanatı yayıb.

Yerli mətbuat xəbər verir ki, nazirlik mitinq iştirakçılarını sakit olmağa çağırır və onlara qarşı “xüsusi vasitələrdən” istifadə olunduğunu bildirib.

Bəyanatı olduğu kimi təqdim edirik:

"Tbilisidə, Rustaveli prospektində, parlament binasının yaxınlığında keçirilən etiraz aksiyası zorakılıq xarakteri alıb. Mitinq iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yerindəcə şifahi və fiziki qarşıdurma aparırlar.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının çoxsaylı müraciətlərinə baxmayaraq, aksiya iştirakçıları dəfələrlə polis kordonunu yarmağa cəhd ediblər.
Asayişi bərpa etmək üçün polis qanunla müəyyən edilmiş xüsusi vasitədən istifadə edib. Bir daha mitinqin təşkilatçılarını, siyasi partiya rəhbərlərini və iştirakçıları hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə tabe olmağa, etiraz normalarından kənara çıxmamağa çağırırıq.

Cavid