İtaliyanın baş naziri Avropa Parlamentinə seçkilərdə namizəd olacaq Dünya

İtaliyanın baş naziri Avropa Parlamentinə seçkilərdə namizəd olacaq

İtaliyanın baş naziri Ciorcia Meloni Avropa Parlamentinə iyunda keçiriləcək seçkilərdə namizəd olacağını açıqlayıb.

Trend xəbər verir ki, Ciorcia Meloni Avropa Parlamentinə seçkilərdə namizəd olmağa qərar verdiyini və xalqın dəstəyinə inandığını deyib.

O, seçki ilə bağlı təbliğat təşviqat kampaniyasının hökumət işlərinə maneə olmayacağını bildirib.

Qeyd edək ki, Avropa Parlamentinə iyunun 6-9-da keçiriləcək seçkilərdə “köhnə qitənin” siyasətinin gələcəyi formalaşacaq.