ABŞ-la Ukraynaya 10 il dəstək verilməsi ilə bağlı danışıqlar aparılır Dünya

ABŞ-la Ukraynaya 10 il dəstək verilməsi ilə bağlı danışıqlar aparılır

ABŞ və Ukrayna yaxın 10 il ərzində Kiyevə hərbi və maliyyə dəstəyi ilə bağlı danışıqlar aparır. RİA Novostinin məlumatına görə, bunu Vladimir Zelenski videomüraciətində bildirib.

Zelenskinin sözlərinə görə, danışıqlar təhlükəsizlik sahəsində əməkdaşlığa dair ikitərəfli saziş üzərində iş çərçivəsində aparılır. Kiyevin məqsədi bu sazişi digər ölkələrlə bağlanmış analoji sazişlərdən "güclü" etməkdir.

“Biz həmçinin bu il və növbəti 10 il üçün xüsusi dəstək səviyyələrini müəyyənləşdirmək üçün çalışırıq, buna silahlı dəstək, maliyyə, siyasi və silahların birgə istehsalı daxildir”.
Yada salaq ki, daha əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib ki, bu ölkə onilliyin sonuna qədər Ukraynaya hərbi yardım göstərməyə davam edəcək.
Yanvar ayında Kiyevə səfəri zamanı Sunak 2024-cü il üçün 2,5 milyard funt sterlinqlik ən böyük yardım paketini açıqladı və Zelenski ilə təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsi imzaladı. Müqavilə 10 il müddətinə qüvvədədir.

Cavid