Qərb bankları ötən il Rusiyaya 800 milyon avro vergi ödəyib Dünya

Qərb bankları ötən il Rusiyaya 800 milyon avro vergi ödəyib

Qərb bankları 2023-cü ildə Rusiyaya 800 milyon avro vergi ödəyib, bu, Ukraynada münaqişə başlayandan əvvəlki göstərici ilə müqayisədə 4 dəfə çoxdur.

Trend xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.

Məlumata görə, Rusiyada fəaliyyət göstərməyə davam edən Qərb bankları ölkədəki fəaliyyətlərini minimallaşdıracaqlarını vəd etsələr də, ötən il Kremlə 800 milyon avrodan çox vergi ödəyib.

"Rusiyadakı yeddi ən böyük Avropa bankları olan "Raiffeisen Bank International", "UniCredit", "ING", "Commerzbank", "Deutsche Bank", "Intesa Sanpaolo" və "OTP" 2023-cü ildə toplam gəlirin 3 milyard avro dəyərində olduğunu bildiriblər. Bu, 2021-ci illə müqayisədə 3 dəfə çoxdur və qismən bankların ölkədən çıxara bilmədikləri vəsaitlərin hesabına əldə edilib", - deyə nəşr yazıb.