Rusiya Kiyevin müdafiəsi olmayan ərazilərə daxil olub Dünya

Rusiya Kiyevin müdafiəsi olmayan ərazilərə daxil olub

Ukraynada hərbi əməliyyatlar Ukrayna Silahlı Qüvvələrinin müdafiə strukturlarına malik olmayan ərazilərdə aparılır.

Bu fikri ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Davis özünün YouTube kanalı Daniel Davis/Deep Dive-də bildirib.

“İndi onlar Ukrayna tərəfinin heç vaxt müdafiə mövqelərinə malik olmadığı ərazidədirlər və bu, həqiqətən də nəzərə çarpır”, o deyib.

Devis həmçinin qeyd edib ki, Rusiya ordusu Kiyevin “2014-cü ildən gücləndirdiyi” Ukrayna Silahlı Qüvvələrinin bütün istehkamlarını artıq keçib.

Bundan əvvəl Associated Press xəbər vermişdi ki, Ukrayna Silahlı Qüvvələri texnika çatışmazlığı və bürokratik maneələr səbəbindən döyüş bölgəsində müdafiə xətləri qura bilmir.

Cavid