Kamerunda üç terrorçunu zərərsizləşdirilib Dünya

Kamerunda üç terrorçunu zərərsizləşdirilib

Kamerun hökumət bölmələri ölkənin şimal-qərbində separatçı qruplaşmadan 3 silahlını zərərsizləşdiriblər.

Trend-in məlumatına görə, bu barədə "Xinhua" agentliyi yerli hakimiyyətə istinadən bildirib.
Məlumata əsasən, ölənlər arasında "General Saqonom” kimi tanınan yüksək rütbəli səhra komandiri də var idi. Öldürülən silahlı 2017-ci ildə Kamerunun qərb və şimal bölgələrində separatçı terrorçuların yeraltı təşkilatçılarından birinə çevrilib.