İsraillə HƏMAS arasındakı razılaşma alınmır Dünya

İsraillə HƏMAS arasındakı razılaşma alınmır

Qəzza zolağında silahlı münaqişəyə tam son qoyulması məsələsi atəşkəs və girovların azad edilməsi ilə bağlı İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında mümkün razılaşmada maneəyə çevrilib.

Bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.

Onların fikrincə, HƏMAS razılaşmanın bütün şərtlərinə əməl olunmasının hərbi əməliyyatların yekun dayandırılmasına gətirib çıxaracağına dair zəmanətlər almaq istəyir, İsrailin baş naziri Binyamin Netanyahu isə bununla razılaşmır.

Axios qeyd edir ki, danışıqlar prosesindəki çətinliklər fonunda ABŞ, Qətər və Misir onun tamamilə dağılmasının qarşısını almaq üçün səylərini artırıb. İsrail rəsmisinin sözlərinə görə, vasitəçilər münaqişənin hər iki tərəfinə uyğun olacaq formulun tapılması üzərində cəmləşiblər, lakin hələ ki, məqsədlərinə çatmayıblar.

"Yaxşı görünmür. Hazırda belə bir düstur yoxdur, görünən odur ki, biz heç yerdə ona yaxın deyilik".

Cavid