ABŞ Qayananı Venesuelaya hücuma hazırlayır Dünya

ABŞ Qayananı Venesuelaya hücuma hazırlayır

ABŞ Latın Amerikası regionunu hərbiləşdirir və Ukraynanı Rusiyaya qarşı hazırladıqları kimi Qayananı Venesuelaya hücuma hazırlayır.

Bu barədə Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodriqes X-də (keçmiş Twitter) səhifəsində respublika prezidenti Nikolas Maduronun bəyanatından sitat gətirir.

"Latın Amerikası və Karib hövzəsi sülh zonası olaraq qalmalıdır. Xalqlar Amerikanın regionumuzun hərbiləşdirilməsinə qarşı çıxmalıdır” deyən Rodriges öz hesabında Venesuela prezidenti Nikolas Maduronun müdafiə naziri Vladimir Padrino Lopezlə söhbətində “Qayana Latın Amerikası və Venesuelada sülh üçün təhlükənin episentrinə çevrilib” dediyi videonu yayımlayıb.

Prezident bildirib ki, “MKİ-nin 12 bazası və 14 məxfi (ABŞ Cənub Komandanlığı) bazası artıq Qayanada yerləşdirilib və “vaxtında bunun sübutunu təqdim edəcəyinə” söz verib.

Maduro vurğulayıb ki, “onlar (ABŞ) Ukraynanı Rusiyaya qarşı hazırladıqları kimi, Qayananı da buna hazırlayıblar”. Maduro bu bəyanatı Qayana ilə ərazi münaqişəsinin kəskinləşməsi fonunda verib.

Cavid