Almaniyada hərbi zavodda yanğını lokallaşdırmaq mümkün olmayıb Dünya

Almaniyada hərbi zavodda yanğını lokallaşdırmaq mümkün olmayıb

Berlindəki “Diehl Metal Applications” zavodunda baş verən yanğını 3 gündür nəzarət altına almaq mümkün olmur.

Trend-in məlumatına görə, bu barədə “Spiegel” nəşri məlumat yayıb.

Almaniyanın hərbi sənaye kompleksinə aid zavodda baş verən yanğının səbəbi məlum deyil. Hazırda yanğın davam edir, hadisə yerində ondan çox yanğınsöndürmə briqadası işləyir.
Səhər saatlarından etibarən ixtisaslaşmış şirkətlər yanmış tikililərin sökülməsinə başlayacaq.