ABŞ İsrailə silah-sursat tədarükünü dayandırıb Dünya

ABŞ İsrailə silah-sursat tədarükünü dayandırıb

ABŞ administrasiyası 2023-cü il oktyabrın 7-dən bəri ilk dəfə olaraq bu həftə İsrailə silah-sursat tədarükünü dayandırıb.

Trend-in məlumatına görə, bu barədə "Axios" portalı iki İsrail rəsmisinə istinadən xəbər verib

Onların sözlərinə görə, bu addım İsrail hakimiyyətini ciddi narahat edib və onlar mərmi tədarükünün gecikməsinin səbəblərini öyrənməyə başlayıblar.
Onlar qeyd ediblər ki, ABŞ dövlət katibi Antoni Blinken İsrailə səfəri zamanı Qəzza zolağının cənubunda Rəfahda keçirilən hərbi əməliyyatla bağlı İsrail Baş naziri Benyamin Netanyahu ilə “sərt söhbət” edib.