Mustafa Sarıgüldən 2028 açıqlaması Dünya

Mustafa Sarıgüldən 2028 açıqlaması

CHP Ərzincan Millət vəkili Mustafa Sarıgül 2028-ci il seçkiləri ilə bağlı gündəm olacaq açıqlamalar verib. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezidentliyə namizədini açıqlayan Sarıgül, siyasətin uzunmüddətli bir şey olduğunu vurğulayaraq, "Gözlənilməz bir adamın belə böyük bir iş gördüyünü və birdən brendə çevrildiyini görə bilərsiniz. Ya da çox tanınmış təcrübəli siyasətçi səhv edər və nüfuzdan düşə bilər. Namizəddən danışmaq hələ çox tezdir, amma biliyi, bacarığı və istedadı ilə illərlə Cümhuriyyət Xalq Partiyasında önəmli vəzifədə çalışmış, siyasətin gənclik qollarını, rayon başqanlığını bilən sədrimiz Özgür Özələ diqqət yetirin”. Sarıgülün bu sözləri sosial şəbəkədə günün ən çox müzakirə olunan mövzularından birinə çevrilib.