Trampın məhkəmə prosesi qəsdən uzadılır Dünya

Trampın məhkəmə prosesi qəsdən uzadılır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, prokurorluq keçmiş porno aktrisa Stormi Danielsə (əsl adı Stefani Klifford) pul ödəyərkən “Trump Organization” şirkətinin maliyyə sənədlərinin saxtalaşdırılması işi üzrə məhkəmə prosesini qəsdən təxirə salır.

"Biz indi bildik ki, (prokurorluğ) daha iki-üç həftə vaxt lazım olacaq. Bu o deməkdir ki, onlar məni daha iki-üç həftə yoldan çıxarmaq istəyirlər. Hakim bu iki-üç həftəyə çox sevinir, çünki hamısı məni seçki kampaniyasından yayındırmaq istəyir. Bu, seçkiyə müdaxilədir”, - o, Nyu York məhkəməsində keçirilən növbəti dinləmədən sonra jurnalistlərə bildirib.

Cavid