ABŞ və Rumıniya Ukraynaya dəstəyi davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər Dünya

ABŞ və Rumıniya Ukraynaya dəstəyi davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər

ABŞ Prezidenti Co Bayden rumıniyalı həmkarı Klaus İohannis ilə çərşənbə axşamı danışıqlar aparıb.

APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Tərəflər Ukraynaya dəstəyi davam etdirməyə hazır olduqlarını bildiriblər.

Bayden həmçinin ABŞ qoşunlarının Rumıniyada yerləşdirilməsinə və NATO-nun şərq cinahının təhlükəsizliyini təmin etmək öhdəliyinə görə İohannisə təşəkkür edib.