Əfqanıstanda partlayış nəticəsində 3 polis ölüb, 5-i yaralanıb Dünya

Əfqanıstanda partlayış nəticəsində 3 polis ölüb, 5-i yaralanıb

Əfqanıstanın şimalında partlayış nəticəsində 3 polis ölüb, 5-i yaralanıb.

APA “Pajhwok” a istinadən xəbər verir ki, Əfqanıstanın Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Qani hadisənin Əfqanıstanın Feyzabad şəhərində baş verdiyini deyib.

“Təəssüf ki, motosikletə yerləşdirilən bomba bu gün yerli vaxtla səhər saat 11-də Faizabad şəhərində narkotiklərlə mübarizə aparan polis karvanını hədəf alıb və ilkin məlumata görə, 3 polis əməkdaşı şəhid olub, daha 5 nəfər yaralanıb”, - Qani bildirib.

Məlumatda daha sonra bildirilib ki, hadisə ilə bağlı araşdırma başlayıb.