Ermənistan KTMT-ni maliyyələşdirməyəcək Dünya

Ermənistan KTMT-ni maliyyələşdirməyəcək

Ermənistan KTMT-ni maliyyələşdirməyəcək.

APA xəbər verir ki, bu barədə Ermənistan XİN-in sözçüsü Ani Badalyan "Factor"un sorğusuna cavab olaraq bildirilib.

O qeyd edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətinin maliyyələşdirilməsində iştirakını dayandırır.

“Ermənistan Respublikası “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının büdcəsi haqqında” 23 noyabr 2023-cü ildə qəbul edilən qərarın tərəfi olmayacaq və sözü gedən qurumun fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcək. Lakin bununla belə Ermənistan bu barədə qərarın məhdud tərkibdə qəbuluna etiraz etmir”, - XİN sözçüsü vurğulayıb.