Bayden Trampın üç raund debat keçirmək təklifindən imtina edib Dünya

Bayden Trampın üç raund debat keçirmək təklifindən imtina edib

ABŞ Prezidenti Co Baydenin kampaniyası sələfi Donald Trampın üç raund debat keçirmək təklifini rədd edib.

APA xəbər verir ki, bu barədə kampaniya rəhbəri Cen Dillon bildirib.
Bayden kampaniyasının rəhbəri bildirib ki, hazırkı prezident öz şərtlərini açıqladı və rəqibi onları qəbul etdi.

“Donald Trampın debat oyunları oynamaqla bağlı uzun keçmişi var: qaydalardan şikayət etmək, qaydaları pozmaq, son anda kənara çıxmaq, görünməmək - prezident olmaq üçün üç cəhdində dəfələrlə etdiyi bir şey”, Dillon deyib.

Bildirilir ki, Bayden və Tramp prezident seçkiləri öncəsi debatların iki raundunda iştirak etmək barədə razılığa gəliblər: 27 iyun və 10 sentyabr. Keçmiş prezident raundların sayının artırılmasının tərəfdarı olduğunu bildirib, lakin Baydenin hətta debata gələcəyinə şübhə etdiyini bildirib.