ABŞ Senatı Gürcüstanla bağlı bəyanat verib Dünya

ABŞ Senatı Gürcüstanla bağlı bəyanat verib

“Biz Rusiya tipli qanunun qəbuluna və etirazçılara qarşı qəddar rəftarına görə məsuliyyət daşıyanları, o cümlədən İvanişvili və onun ətrafını məsuliyyətə cəlb etməkdən çəkinməyəcəyik”.

Bu barədə ABŞ Senatının Xarici İşlər Komitəsinin sədri Ben Kardin bəyanat verib və onun bəyanatına 15 Avropa ölkəsi Xarici Əlaqələr Komitələrinin sədrləri qoşulub.

Bəyanat hökumətin qəbul etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanuna cavab olaraq verilib.

"Biz heç vaxt dinc müqavimət vasitəsilə demokratik dəyərlərə sadiqliyini cəsarətlə nümayiş etdirən gürcü xalqını tərk etməyəcəyik. Biz rus tipli qanunun qəbuluna və onlara qarşı qəddar rəftarına görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməkdən çəkinməyəcəyik. Onların arasında Bidzina İvanişvili və onun ətrafı da var. Gürcü xalqına müraciət edirik, siz tək deyilsiniz" , - bəyanatda yazılıb.

Bəyanatı Avropa ölkələrinin qanunvericilik orqanlarının Xarici Əlaqələr Komitələrinin sədrləri imzalayıblar: Belçika, Çexiya, Estoniya, Finlandiya, Almaniya, İslandiya, İrlandiya, İtaliya, Avropa İttifaqı, Latviya, Litva, Norveç, Polşa, Ukrayna və Böyük Britaniya.

Cavid