

29 İyul 15:17
29 İyul 11:26
29 İyul 10:46
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Rusiya Müdafiə Nazirliyi Donetsk və Zaporojya vilayətlərində iki yaşayış məntəqəsini nəzarətə götürdüyünü açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, Nazirlik Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyətini yeniləyən bəyanat yayıb.
Rusiya qüvvələrinin Ukrayna cəbhəsində irəlilədiyi vurğulanan bəyanatda, “Mərkəzi və Şərq hərbi qruplarından ibarət birləşmələr Donetsk Xalq Respublikasının Novoukrayinka qəsəbəsini və Zaporojya vilayətindəki Temirovka qəsəbəsini azad edib.
Açıqlamada həmçinin qeyd olunub ki, son 24 saat ərzində Ukraynaya məxsus 236 pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
Rusiya Müdafiə Nazirliyi dünən Donetsk vilayətində Boykovka və Belgiyka qəsəbələrini ələ keçirdiklərini açıqlayıb.
Rusiya prezidenti Vladimir Putinin 30 sentyabr 2022-ci ildə imzaladığı fərmanla Ukraynanın Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətləri qanunsuz olaraq ilhaq edilib.
Məryəm Quliyeva