Çin Qəzza ilə bağlı "Sülh Şurası"na qoşulmaq üçün dəvət alıb
20 Yanvar: Azərbaycan xalqının qəhrəmanlıq və faciə salnaməsi
Nazir: Azərbaycanın İrandakı səfirliyi və Baş konsulluğu fəaliyyətini bir an belə dayandırmayıb
Belçika səfirliyi: Azərbaycan öz müstəqilliyini bərpa etmək yolunda qətiyyətli bir yol keçib
09:54
679
ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə Qrenlandiya ilə bağlı çox yaxşı telefon danışığı apardığını və Davosda Dünya İqtisadi Forumu (WEF) çərçivəsində bu məsələ ilə bağlı bir neçə görüş keçirmək barədə razılığa gəldiyini bildirib.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə "Truth Social"da yazıb.
"NATO-nun baş katibi Mark Rutte ilə Qrenlandiya ilə bağlı çox yaxşı söhbətim oldu. İsveçrənin Davos şəhərində bütün tərəflərlə görüşməyə razılaşdım. Hər kəsə aydın şəkildə bildirdiyim kimi, Qrenlandiya milli və qlobal təhlükəsizlik üçün çox vacibdir. Geri dönüş yoxdur - və hamı bununla razıdır!", - deyib.
Məryəm Quliyeva