Aİ doqquz rusiyalı hərbçiyə qarşı sanksiya tətbiq edib Dünya

Aİ doqquz rusiyalı hərbçiyə qarşı sanksiya tətbiq edib

Aİ Şurasının bəyanatına əsasən, doqquz yüksək rütbəli Rusiya hərbçisinə qarşı sanksiyalar tətbiq edilib. "Aİ Şurası 9 fiziki şəxsə qarşı məhdudiyyətlər tətbiq edib", — deyə qurumun rəsmi bəyanatında bildirilir.

Xalqcebhesi.az xəbər verir ki, Aİ-nin "Rəsmi Jurnalı"nda dərc olunan qərara əsasən, söhbət yüksək rütbəli hərbçilərdən gedir. Aİ onların hamısını Buçadakı hadisələrdə ittiham edib.

Maraqlıdır ki, Aİ Şurası öz bəyanatında tarixləri qarışdıraraq, sanksiyaların tətbiqini "fevral və mart ayları arasında baş vermiş Buça hadisələrinin kədərli ildönümü" ilə əlaqələndirib. Halbuki, söhbət 2022-ci ilin martın sonu – aprelin əvvəli arasındakı dövrdən gedir.

Məryəm Quliyeva