Aİ kiberhücumlara görə Çin və İran şirkətlərinə sanksiya tətbiq edib Dünya

Aİ kiberhücumlara görə Çin və İran şirkətlərinə sanksiya tətbiq edib

Aİ Şurası kiberhücumlarda ittiham olunan iki Çinli iş adamına, həmçinin ÇXR-in iki və İranın bir texnologiya şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Aİ Şurasının rəsmi bəyanatında bildirilir.

Fiziki şəxslər üçün sanksiyalar Aİ-yə girişin qadağan edilməsini və onların Avropa Birliyindəki maliyyə aktivlərinin dondurulmasını, hüquqi şəxslər üçün isə aktivlərin dondurulmasını və Avropa bizneslərinin onlarla qarşılıqlı əlaqəsinin tamamilə qadağan edilməsini əhatə edir.