İki ayda pərakəndə ticarət dövriyyəsi 10 mlrd. manatı ötüb İqtisadiyyat

İki ayda pərakəndə ticarət dövriyyəsi 10 mlrd. manatı ötüb

Bu ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 10,1 milyard manatlıq, o cümlədən 5,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsi xəbər verir ki, 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 faiz, qeyri-ərzaq malları üzrə 6,5 faiz artıb.

Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,4 faizi ərzaq məhsullarının, 5 faizi içkilər və tütün məmulatlarının, 14,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,9 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Dövr ərzində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 491,5 manatlıq, o cümlədən 267,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 224,4 manatlıq qeyri-ərzaq malları alıb.