15:01
959.jpg)
Tehran atəşkəs məsələsində ilk növbədə ABŞ və İsrailin Yaxın Şərqi və İranı növbəti münaqişəyə sürükləməyəcəyinə əmin olmaq istəyir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi brifinq zamanı bildirib.
"Təcavüzkar ağıla, məntiqə və beynəlxalq hüquqa uyğun olaraq cavab verməlidir. Bu müharibənin, yaxud bu müharibələrin zaman-zaman bölgəmizə və ölkəmizə tətbiq edilməməsini təmin etməliyik. Buna görə də, mövcud şəraitdə, iyun ayının təcrübəsini (2025-ci ilin iyun ayında ABŞ və İsrailin təcavüzündən bəhs olunur) nəzərə alsaq, silahlı qüvvələrimiz, xalqımız və hökumətimiz lazım olduğu qədər özümüzü müdafiə etmək əzmindədir", - deyə o, brifinq zamanı bildirib.
Məryəm Quliyeva