“Brüssel Trampın şantajına boyun əyməyəcək” Dünya
- 3 May 2018 14:14
- 7 245
Donald Tramp polad və alüminiuma gömrük rüsumlarının tətbiq edilməsi ətrafında qızışan mübahisələri daha bir ay müddətinə uzatmaq qərarına gəlib. Avropa Komissiyasının fikrincə, Avropa İttifaqı Birləşmiş Ştatlar Prezidentinə tabe olmamalıdır.
ABŞ Avropadakı ticarət tərəfdaşlarını polad və alüminiuma gömrük rüsumları tətbiq edəcəyi ilə hədələyir. Bu məsələ ilə bağlı xoşagəlməz hadisələr artıq yeni şəkil alıb. Rüsumların tətbiqi üçün Donald Trampın özbaşına təyin etdiyi müddət başa çatandan bir az əvvəl ABŞ Prezidenti bu qeyri-müəyyən vəziyyəti daha dörd həftə müddətinə uzadıb. Belə ki, həmin müddətdə öz şərtlərinin yerinə yetirilməsinə nail olmaq istəyir. Gözlənilməz dəyişikliklər və gərgin sonluq vəd edən bu ticarət siyasəti Trampın uzun illər apardığı televiziya şousunun ssenarisinə bənzəyir. Əsas məsələ budur ki, reytinqi saxlanılır, insanlar ona Ağ Evdə oturan və öz ölkəsini yenidən qüdrətli etməyə hazırlaşan coşqun vətənpərvər kimi baxırlar.
Hətta Fransa Prezidenti Emmanuel Makronun və Almaniya Kansleri Angela Merkelin bu yaxınlarda ona verdikləri öyüd-nəsihət də nəticəsiz qalıb. ABŞ Prezidenti onları da vaxtilə özünün apardığı "Namizəd" televiziya şousunun iştirakçıları kimi sadəcə evlərinə yollayıb. Onun üçün yalnız özü əhəmiyyət kəsb edir. Donald Trampın şousu davam etməlidir, hətta Birləşmiş Ştatlara iqtisadi ziyan vurulması ilə nəticələnsə belə.
Brüssel hesab edir ki, Avropa İttifaqı Ağ Evin şantaj cəhdlərinə əsla boyun əyməməlidir. Yolverilməz rüsumların tətbiq olunacağı ilə hədələməklə, öz iqtisadiyyatı üçün proteksionist kvotalar müəyyən etmək heç bir işə yaramaz. Bu səbatsız Prezidentə yalnız bunu təklif etmək olar: hazırda Avropanı hədələdiyi rüsumların tətbiqindən tamamilə imtina edəcəyi təqdirdə, iqtisadiyyatın bütün sektorları üçün gömrük rejimi barədə sazişə gəlməyi.
Ekspert Bernd Rigert isə "Deutsche Welle"yə ("Alman dalğası") müsahibəsində deyib: "Avropa İttifaqı ilk növbədə vahid cəbhədən çıxış etməlidir. Əgər Donald Trampın polad və alüminium planı işləyərsə, bu zirək prezident heç bir vicdan əzabı çəkmədən iqtisadiyyatın başqa sahələrində də, məsələn, avtomobil ticarətində də belə bir plan reallaşdırmağa cəhd göstərə bilər. Məhsulları amerikalılar tərəfindən alınmayan ABŞ-ın polad sənayesini kvotaların köməyi ilə qorumaq mənasız addımdır. Hətta ABŞ müəssisələri də Trampın gömrük siyasəti kötəyinin əleyhinədirlər"

-
Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib
-
Avstriya NATO-ya üzv olmayacağını açıqlayıb
-
TƏBİB: Zaqatalada dönərdən zəhərlənənlərin vəziyyəti orta-ağırdır
-
Ermənistan-Azərbaycan sərhədində zəlzələ olub
-
“Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda konfrans keçirilib
-
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
-
NATO nümayəndəsi Ermənistan XİN başçısının müavini ilə Azərbaycanla sərhədlərin delimitasiyasını müzakirə edib
-
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib, növbəti toplantı İranda olacaq
-
Azərbaycan Körfəz ölkələri arasında ən çox səyahət edilən ölkə seçilib
-
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
-
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi barədə ev dustaqlığı həbslə əvəz edilib
-
Ucarda iş yerində xəsarət alan şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
-
Zaqatalada ana və iki övladı dönərdən zəhərlənib
-
Həcc vizası olmadan ziyarətə gedənlər cərimələnəcək
-
Türkiyə İsraili Rəfah sərhəd keçidindən geri çəkilməyə çağırıb
-
BMT Baş katibi İsrailə çağırış edib
-
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalara riayət edilməməsinə görə cərimələr müəyyənləşib
-
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
-
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
-
Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
-
Qırğızıstan-Tacikistan sərhədində atışma olub
-
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb
-
Bu il Azərbaycandan xaricə hava yolu ilə 1 mln. sərnişin daşınıb
-
Ötən ay 785 qanunsuz miqrant saxlanılıb - VİDEO
-
İsrail təmsilçiləri HAMAS-la danışıqlar üçün Qahirəyə gedir
-
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
-
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib
-
Azərbaycanda 20 nəqliyyat vasitəsi özəlləşdirilib
-
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
-
Şirkətin xəzinədarının 163 min manatlıq mənimsəmə faktı ilə bağlı məhkəmə başlayır
-
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib
-
Aleksandr Novak: Neftin qiyməti bazardakı vəziyyəti adekvat şəkildə əks etdirir
-
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
-
Zaxarova Londonu hədələyib: Britaniya hərbi obyektlərini vura bilərik
-
Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb
-
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
-
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
-
Paşinyan: II Qaregin bu gün siyasi hərəkata rəhbərlik edir, benefisiarı isə Koçaryandır
-
Sumqayıtda təhsil müəssisəsində 250 min manatlıq mənimsəmə ilə bağlı cinayət işi başlanıb
-
Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
-
Gürcüstanın Aİ-yə namizədlik statusunun dayandırılması üçün Borellə müraciət edilib
-
Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
-
Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib
-
"Azərbaycan İran hakimiyyətinə şərt qoymalıdır"
-
Baş Prokurorluq Bakıda iaşə obyektində iki nəfərin ölümü, 2 nəfərin zəhərlənməsi barədə məlumat yayıb
-
Taksi fəaliyəti üçün icazələrin verilməsinə başlanılıb
-
Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir
-
Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur
-
Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
-
“Supermen” filmindən ilk kadr yayımlanıb
-
"Dərinsulu Günəşli" platforması üzrə profilaktik işlər başa çatıb
-
Dünya üzrə qızlar üçün ən birinci məktəb Marağa şəhərində olub
-
Paşinyan etirazlara görə istefa verməyə hazırlaşmır
-
Paşinyan: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabra qədər imzalana bilər
-
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işləri ilə tanış olub
-
Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər
-
Rusiya hökuməti istefa verib
-
Azərbaycan-Slovakiya sənədləri imzalanıb
-
30 il sonra şəxsiyyəti müəyyənləşdirilən şəhid dəfn edilib - FOTO/VİDEO
-
Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gedib