Blokadanın bir ili Dünya

Blokadanın bir ili

Qətər bu sınaqdan necə çıxmalıdır?

2017-ci il iyun 5-də Qətərə blokada tətbiq olunduqda, onun bu qədər davam edəcəyini az adam güman edirdi. Bir il ərzində Qətərin müstəqil xarici siyasətində dəyişiklik etmə səyləri əslində siyasi bölünmələri dərinləşdirdi və əgər mövcuddursa, Körfəz Birliyinə dönüşü daha da çətinləşdirdi. "Strateq" "Əl-Cəzirə"yə istinadən yazır ki, bu gün, Səudiyyə Ərəbistanı da daxil olmaqla, blokadanın hər kəsə mənfi təsir göstərdiyini heç kim inkar edə bilməz. İddia edildiyi kimi, İrandan qorunma, əslində, Körfəz təhlükəsizliyinin azalması ilə nəticələnib.
Aydındır ki, başlanğıcda Qətər qısamüddətli blokadaya ümid edir və münasibətləri bərpa etmək istəyirdi. Son nəticədə rəsmi Doha böhrandan ərzaq təhlükəsizliyinin, sosial vəhdətin və iqtisadi sürətin yaxşılaşdırılması, valyutanın mühafizəsinə kömək edən maliyyə siyasətini uyğunlaşdırmaq üçün fürsətə çevirmək qabiliyyətini nümayiş etdirdi. Ancaq böhran həm də Qətərın Yaxın Şərqdəki ən zərərli siyasətlərdən yayınmasına kömək etdi və ölkənin regional dönüşünə yol açdı.
Əvvəla, blokada başlayan kimi Qətər Yəməndə müharibə aparan ittifaqdan çıxarıldı. Düzü, rəsmi Doha bu savaşa əsasən, Səudiyyəni razı salmaq üçün və istəksiz qoşulmuşdu. Yəməndə müharibə ilə bərabər, Səudiyyə Ərəbistanı digər bir ölkəni kütləvi humanitar fəlakətə gətirib çıxaracaqdı. Qətər sadəcə Səudiyyə Ərəbistanı və BƏƏ-nin mənfi nüfuzuna əlavə olmaqdan qurtuldu. Bu, Yəməndə baş verən dəhşətlərdən daha çox narahatlıq keçirən Qərb mediası və vətəndaş cəmiyyətinin gözündə Dohanın ucaldaraq, onun ilk strateji qələbəsi oldu. Bundan əlavə, Yəmənin gələcəyinə dair fərqli dizaynlar nəticəsində Səudiyyə Ərəbistanı-BƏƏ ittifaqında sürətlə inkişaf edən çatlar yarandı.
İkincisi, "Ərəb Baharı"nın Qətərın nüfuzuna xələl gətirdiyinə şübhə yoxdur. Səudilər və Əmirlik Tramp administrasiyasının siyasəti ilə uyğunlaşdıqda, bu da populyarlığını itirdi və onlar ABŞ səfirliyinin Qüdsə köçürülməsinə susqun dəstək verdilər. Blokada müddətində Qətər ölçülü diplomatiya ilə mənəvi zirvəyə yetişdi. Üçüncüsü, Qətərin müstəqilliyini ləğv etməkdən imtina etməsi, blokadanın sona çatması üçün şərt olan İranla nüvə razılaşması əleyhdarlığı məsələsində müstəqil mövqe ictimai dəstək qazandı. Bu Qətəri, uzun illərdir davam edən danışıqları vecinə almayan ABŞ prezidenti ilə müqayisədə, çoxsaylı ərəb, Avropa və Asiya dövlətləri ilə eyni qoydu.
Buna baxmayaraq, Qətər üçün irəlidəki yol çətindir. Həqiqi sual budur: birillik blokadadan sonra ölkə bu yolla təkbaşına gedib-getməyəcək? Sosial, iqtisadi və siyasi səyləri nəzərə alınmaqla, böhranın həlli ilə bağlı potensialı həyata keçirmək çətin olacaq. Yenidən düşünülməli və Qətərın uzunmüddətli perspektivdə hansı strategiyaları həyata keçirməsi saf-çürük edilməlidir. Strategiyalardan biri Qətərın başını dik tutması, mövcud böhranı idarəetmə rejimini qorumaq və anti-Qətər alyansının içindən parçalanacağına ümid etməkdir.
Trampın Səudiyyə Ərəbistanı, BƏƏ və İsrail ilə böyük ittifaqı, Əbu-Dabi və Riyad arasında qarşıdurma və İsrail baş naziri Benyamin Netanyahu ətrafında baş verən korrupsiya qalmaqalının artması səbəbi ilə, səthdə göründüyündən, daha kövrək ola bilər. Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman (MBS) ölkəsini yeniləmək üçün inanılmaz iddialı bir layihəyə imza atıb, amma bu məqsəd vəhhabi isteblişmenti və əl-Səud xanədanında sabitliyin təməlini dağıdıb. Fələstinlilərə yönəlik mübahisəli ifadələrdən də ölkənin imicinə zərər dəyib. MBS Səudiyyə Ərəbistanı üçün uzunmüddətli planında müvəffəq olarsa, Qətər idarəli liberallaşma, daha açıq vəhhabilik forması və regional siyasətə balanslı yanaşma yolu tutmalıdır.
Qətər üçün digər bir strateji fürsət İrana qarşı mövqeyindən öz maraqları naminə istifadə etməkdir. Böhrandan sonra Qətər İrandan yayınmaqla yaxşı iş gördü. Lakin təcrid olunma hiss edilmədikdə, həmişə Trampın qeyri-müəyyən siqnalları yüksəlir. Böhran nə qədər çox davam edərsə, Qətər Səudiyyə Ərəbistanının müdaxiləsindən qorxuya düşən digər ərəb ölkələrinə – Tehrana rasional yanaşmanı paylaşan Küveyt və Omana yaxınlaşacaq.
Qətərin İranla davamlı və lazımlı əməkdaşlığı mötədil Tehranla işləməyi tələb edir. Ancaq ABŞ-ın nüvə razılaşmasından çıxması yalnız sərt tənqidçilərə qapı açıb. Trampın düşüncəsi ona prezident Həsən Ruhani və sələfi Mahmud Əhmədinejad arasındakı fərqləri görməyə imkan vermir. ABŞ prezidentinin Con Bolton və Mayk Pompeo ilə əhatə olunduğunu nəzərə alınarsa, yaxın zamanlarda hər hansı bir zəkalı anlayışı inkişaf etdirmək çətindir.
Müvəffəqiyyətli olmaq üçün nüvə razılaşmasını xilas etmək yolu tutan Qətər bu müddətdə Aİ ilə işi davam etdirməli, İranın mötədil hökumətinə dəstək verməlidir. Qətər həm də İranı ərəb ölkələrindəki ekspansionist siyasətin maraqlarına uyğun olmadığına, xüsusilə də İraqdakı ziddiyyətin əks-cavab və Suriyada israillilərlə təhlükəli qarşıdurma riski doğura biləcəyinə inandırmalıdır. Birgə neft-qaz axtarışları və sənayeləşmə ilə diqqət çəkən İran daha yaxşı seçənək olardı.
KƏŞ uğursuzluğundan asılı olmayaraq, Qətər region üçün ərəb dövləti olması qeyri-vacib yeni iqtisadi və təhlükəsizlik ittifaqları yaratmalıdır. Qətərin qaz ixracının təxminən 40 faizini təşkil edən Cənubi Koreya və Yaponiya ilə sazişlərinin yenilənməsi üçün son tarixlər sürətlə yaxınlaşır. Qətər qlobal qaz bazarında əsas rəqiblərinə – Avstraliya, ABŞ və başqalarından üstünlüyə malik olmalıdır.
Bunun üçün ölkə Rusiya, Əlcəzair və İranla qaz kartelinin yaradılması fikrini yenidən nəzərdən keçirməlidir. Bu iqtisadi ittifaq ümumi iqtisadi maraqlara əsaslanan daha konkret təhlükəsizlik tənzimləmələrinə gətirib çıxara bilər, eyni zamanda, Qətər, Türkiyə kimi, onu dəstəkləyən digər dövlətlərə də açıq olmalıdır. Bu cür tənzimləmə müqavimətin möhkəmləndirilməsi anlayışından kənara çıxmalıdır. Qətər çox düşünməli və özünün təhlükəsiz təməl üzərində dayanmasını təmin edəcək iqtisadiyyata uzunmüddətli beynəlxalq etibarlılıq qazandırmağa çalışmalıdır.