Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 974 nəfərə çatıb Dünya

Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 974 nəfərə çatıb

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 38 nəfər yoluxub.

Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.

Onun sözlərinə görə, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 1 974 nəfərə çatıb.

Nazir müavini qeyd edib ki, ötən sutka ərzində 20 nəfər koronavirusdan sağalaraq evə buraxılıb. Ümumilikdə, ölkədə 1 360 nəfər COVİD-19-dan sağalıb.