Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“İnsanlar imkanlarını nümayiş etdirirlər...”

“İnsanlar imkanlarını nümayiş etdirirlər...” Hadisə

“İnsanlar imkanlarını nümayiş etdirirlər...”

Zaur Şükürov: "Qadağan olunmuş şeylərə qarşı hərisliyin qarşısını almaq üçün maarifləndirmə vacibdir"

"Toylarda yol verilən israf ailə modelini kökündən sarsıdır. Yeni evlənmək istəyənləri fikir götürür. O qədər lüzumsuz şeylər alınır, gərəksiz işlər görülür ki, insanlar imkanlarını nümayiş etdirirlər, iş bəhsəbəhsə qədər gedib çıxır; imkanı olmayan imkanlı kimi, imkanı olan da imkanından daha artıq görünmək üçün bir-birləri ilə yarışırlar. Dəbdəbəli şadlıq evləri, növbənöv yeməklər, spirtli içkilər, toy müğənniləri, tamadalar, çalğıçılar, rəqqaslar/rəqqasələr və başqa hər şeyə pul saçılır". BayMediaya müsahibəsində ilahiyyatçı, araşdırmaçı Zaur Şükürov belə deyib. Onun qənaətinə görə, toy mərasimlərində israfçılığın qarşısını almaq və ifrat davranışları düzəltmək üçün atılan hər bir addım təqdirəlayiqdir, Ancaq bu addımları atarkən israfın səbəblərini araşdırmaq da çox vacibdir".
Zaur Şükürov qeyd edib ki, maariflənmənin olmaması və ya yetərsiz olması, aşağı keyfiyyətli məhsul, lüks anlayışı və göstəriş, dəbin ehtiyacın önünə keçirilməsi, lüzumsuz şeylərin ehtiyac kimi dərk edilməsi, israfı təşviq edən reklamlar və ehtiyacları başqalarının müəyyənləşdirməsi toy israfçılığının başlıca səbəbləridir: "Sonuncu səbəb istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı bir problemdir ki, bunun da İqtisadiyyat və Sənaye Nazirliyinin xəbərdarlığında xüsusilə öz əksini tapdığını görürük. Sirr deyil ki, çox vaxt istehlakçıların, yə’ni toy və şənlik məclisi sahiblərinin ehtiyacları şadlıq evlərinin sahibi və ya müdiriyyəti tərəfindən müəyyən edilir və beləcə istehlakçılar israfa məcbur edilirlər. Ancaq israfla bağlı müsbət nəticə əldə etmək üçün tək bir səbəb yox, mövcud bütün səbəblər diqqətə alınmalıdır".
İlahiyyatçı cəmiyyətimizdə mənəvi-əxlaqi maariflənmənin yetərsiz olduğunu düşünür: "Dövlətimiz cəmiyyətdə dini-əxlaqi maariflənməyə xüsusi diqqət ayırmalı və buna gecikmədən başlanmalıdır. İsrafın qarşısını almaq, tədbir görmək çətin bir iş deyil. Bu işin ən çətin tərəfi istəməkdir. Bəli, yetər ki, istəyək. Yetər ki, cəmiyyətimizdəki dəb və lüks xəstəliyini müalicə etməkdə istəkli olaq... "İnsanlar nə deyər?" sözünü dəfn edib müsrif ətrafın təsirinə düşmədən gərəkli olanı etməliyik. "Pulum var, istədiyim kimi xərcləyərəm" düşüncəsinin nə qədər boş bir təfəkkür olduğunu insanlarımıza izah etməliyik. Bu da ancaq maariflənmə ilə mümkündür. Əks təqdirdə, yəni maariflənmə olmadan hər hansı bir qadağa və ya xəbərdarlığın qalıcı müsbət nəticələr doğuracağını düşünmək əbəs olar. Bir hədisdə "İnsan qadağan edilən şeyə həris olar" buyrulur. Ona görə də insanın qadağan olunmuş şeylərə qarşı hərisliyinin qarşısını almaq üçün maarifləndirmə vacibdir. Əgər insan hər hansı bir qadağanın mahiyyətini əvvəlcədən dərk edərsə, ondan uzaq durması çətin olmayacaq. Ancaq dərk etməzsə hərisliyinin təsirilə qadağanı asanlıqla pozacaq. Bu da cəmiyyətdə bir çox fəsadlarla nəticələnəcək. İsrafın qarşısını isə ən yaxşı inancla ala bilərik. Bu mövzuda Həzrəti Peyğəmbərin həyatından istifadə etməliyik. İnancımıza görə xeyirdə israf etməməliyik, gərəyindən artıq heç nə xərcləməməliyik. Allah Qur’anda "Yeyin, için, ancaq israf etməyin. Çünki O (Allah), israf edənləri sevməz" (Əraf, 31) buyurur, "Saçıb sovuranlar şeytanların qardaşlarıdır" (İsra, 27) deyir. Peyğəmbər (s.a.v.) də "İnsanın hər canının istədiyini yeyib içməsi israfdır" buyurur. Bir araşdırmada inanclı insanlarda və ailələrdə israfın çox az olduğu görülmüşdür. Bu gün milyonlarla insan aclıq vəziyyətində yaşayır. Ona görə də bu mövzuda dinin rolundan mütləq istifadə etməliyik".

Əli