Baş nazir: TDT çərçivəsində ortaq yanaşmalar formalaşdırmaq böyük əhəmiyyət daşıyır Siyasət

Baş nazir: TDT çərçivəsində ortaq yanaşmalar formalaşdırmaq böyük əhəmiyyət daşıyır

Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq yanaşmalar formalaşdırmaq böyük əhəmiyyət daşıyır.

APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Bişkekdə Türk Dövlətləri Təşkilatının hökumət başçılarının və onların müavinlərinin ilk toplantısında bildirib.

Əli Əsədov deyib ki, müasir qlobal çağırışlar bizdən daha sıx əməkdaşlıq və çevik qərarlar tələb edir: “Bu baxımdan, Türk Dövlətləri Təşkilatı çərçivəsində fikir mübadiləsi aparmaq, mövqelərimizi yaxınlaşdırmaq və ortaq yanaşmalar formalaşdırmaq böyük əhəmiyyət daşıyır. Türk dövlətlərinin səylərinin birləşdirilməsi sabitlik, təhlükəsizlik və rifahın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Qarşılıqlı faydalı əməkdaşlığımız ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, iqtisadi potensialımızın gücləndirilməsi və nəqliyyat dəhlizlərinin şaxələndirilməsi üçün yeni imkanlar açır”.