“Dünyanı bəzəyən Abbasın tarixi” Hadisə

“Dünyanı bəzəyən Abbasın tarixi”

Tərlan

Fevralın 9-da Azərbaycan Resrublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə böyük Azərbaycan tarixçisi İsgəndər bəy Münşinin doğma dilimizə tərcümə olunmuş "Dünyanı bəzəyən Abbasın tarixi" kitabının təqdimatı keçirilib. AMEA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Mail Əhmədov "Dünyanı bəzəyən Abbasın tarixi" kitabının Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsinə mühüm töhfə olduğunu söyləyib. Bildirilib ki, Azərbaycanın orta əsrlər tarixini, xüsusilə Səfəvilər imreriyasının tarixini araşdırmaq üçün dəyərli mənbə olan kitabı doğma dilimizə tarix elmləri doktoru, rrofessor Şahin Fərzəliyev çevirib. Tarix İnstitutu bu əsəri iki kitab şəklində nəşr etdirib.
Sonra Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Üaqub Mahmudov kitabın əhəmiyyətindən və məziyyətlərindən danışdı. Bildirdi ki, İsgəndər bəy Münşinin bu əsərinin doğma dilimizə çevrilərək geniş oxucu kütləsinə təqdim olunması, qədim tarixçilik ənənələrinə malik olan xalqımızın orta əsərlərdə də möhtəşəm tarixi əsərlər yaratdığını bir daha sübut edir. Azərbaycanın görkəmli orta əsr tarixçisi İsgəndər bəy Münşinin fars dilində yazdığı "Tarix-i aləmara-yi Abbasi" ("Dünyanı bəzəyən Abbasın tarixi") əsərinin bütöv halda doğma dilimizdə işıq üzü görməsi Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunda icra olunan "Azərbaycan tarixinə dair ilk mənbələrin nəşri" layihəsinin həyata keçirilməsi sayəsində əldə olunan növbəti ən mühüm nailiyyətlərdən biridir.
Azərbaycan xalqının dövlətçilik tarixində böyük bir tarixi dövrü (235 il) əhatə edən qüdrətli Səfəvi imreriyası xüsusi yer tutur. Öz dövrünün beynəlxalq münasibətləri tarixində çox mühüm rol oynayan bu Azərbaycan imreriyası ümumdünya tarixində dərin iz qoyub. Elə buna görə də Səfəvi tarixi heç zaman aktuallığını itirməyib. Azərbaycan xalqı Səfəvi dövlətinin yalnız idarəçiliyində və hərbi qüvvələrində deyil, ictimai-iqtisadi və mədəni həyatında da böyük rol oynamışdır. Təsadüfi deyil ki, Səfəvi tarixçilərinin ən görkəmlisi hesab olunan İskəndər bəy Münşi də məhz Azərbaycan türküdür. Görünür elə bu səbəbdəndir ki, müəllif öz doğma tarixinə, Azərbaycan Səfəvilər sülaləsinin ən qüdrətli nümayəndəsi böyük hökmdar Şah Abbasa olduqca mükəmməl bir əsər həsr etmişdir. Sözügedən əsər üç cilddən ibarətdir. Orta əsr Azərbaycan tarixçisi İskəndər bəy Münşinin bu qiymətli kitabının öz doğma dilində çar olunması Azərbaycan tarixşünaslığı və ölkəmizin elmi ictimaiyyəti üçün çox qiymətli töhfədir.