Gürcüstan XİN Arvopa Komissiyasının hesabatını qərəzli adlandırıb Dünya

Gürcüstan XİN Arvopa Komissiyasının hesabatını qərəzli adlandırıb

Təəssüflə qeyd etmək lazımdır ki, Avropa Komissiyasının Gürcüstanla bağlı hesabatında bir sıra hadisələrə qərəzli qiymət verilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.

Sənəddə qeyd edilib ki, bu, xüsusən də yerli seçkilərin keçirildiyi 4 oktyabr 2025-ci tarixində Tbilisidə baş vermiş hadisələr zamanı Gürcüstanın dövlət qurumlarına qarşı hücum və zorakılıqlara Avropa İttifaqı institutlarının göz yummasından sonra gözlənilən olub.

Bəyanatda Aİ institutlarının Gürcüstanla bağlı fəaliyyət və bəyanatlarından narahatlıq ifadə edilib.

“Biz Aİ-yə üzvlük məsələsindən siyasi alət kimi istifadə cəhdlərini pisləyirik. Bu, Gürcüstan və Avropa İttifaqı arasında münasibətlərə xələl gətirir”, - sənəddə deyilir.

XİN Gürcüstan hökumətinin Aİ ilə bağladığı sazişlərə sadiq olduğunu, məcburiyyətə deyil, ümumi dəyər və prinsiplərə əsaslanan konstruktiv və qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu bildirib.