İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
4 Noyabr 2025 15:31
2 051
Litvada Vilnüs və Almaniyanın Rheinmetall müdafiə konserninin birgə layihəsi olan sursat zavodunun tikintisinə başlanılıb.
Xalqcebhesi.az xəbər verir ki, ərazidə rəsmi təməlqoyma mərasimi keçirilib.
Litva prezidenti Gitanas Nauseda mərasimdə deyib: "Zavod tikildikdən sonra o, NATO bayrağı altında olan bütün əsgərləri döyüş sursatı ilə təmin edəcək. Bu, Avropanın müdafiə qabiliyyətini gücləndirəcək".
Zavod ölkənin şimal-qərbindəki Radvilişki rayonunun Baysoqala şəhəri yaxınlığında tikiləcək. Bunun üçün 340 hektar torpaq sahəsi ayrılıb. Tərəfdaşlar “Rheinmetall Defense Lithuania” adlı birgə müəssisə yaratdıblar. Səhmlərin 49%-i Litvaya məxsusdur. Layihənin dəyəri 300 milyon avroya qədər olacaq. Zavod ildə 10 000 ədəd 155 mm-lik artilleriya mərmisi istehsal edəcək.
Məryəm Quliyeva