Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib Cəmiyyət

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Noyabrın 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib və bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir: "Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqlar ardıcıllıqla
həyata keçirilir, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izləyir və onun göstərişləri
ilə müvafiq tədbirlər görülür".

Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür.

Qeyd edilib ki, vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilibDövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilibDövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilibDövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib