18:34
938
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) indiyə qədər 42 ölkədə 210 milyard avrodan çox investisiya, 7 500-dən artıq layihə həyata keçirib.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən “StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu”nda çıxışı zamanı EBRD-nin Qafqaz regionu üzrə direktoru Alkis Drankinos deyib.
O bildirib ki, EBRD Azərbaycanda 3,6 milyard avrodan çox, 200-dən artıq layihəyə investisiya qoyub: “Bu investisiyalar infrastruktur, enerji, sənaye, bank sektoru və özəl müəssisələrin inkişafını əhatə edir. Burada, Azərbaycanda da bizim nümayəndəliyimiz var və 16 peşəkar mütəxəssisdən ibarət komanda bu nəticələrin əldə olunması üçün çalışır”.
17:45
896
17:43
889
16:47
973