“Transneft“dən Bakı-Novorossiysk açıqlaması İqtisadiyyat

“Transneft“dən Bakı-Novorossiysk açıqlaması

"Rəsmi Bakı kəmərlə neftin tranziti ilə bağlı müqavilənin uzadılmasını xahiş edib"
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Rusiyanın "Transneft" şirkətinə Bakı-Novorossiysk neft boru kəməri ilə neftin nəqli üzrə tranzit müqaviləsinin uzadılması xahişi ilə müraciət edib.
"APA-Economics"in xəbər verdiyi kimi, bu barədə "ITAR-TASS"ın məlumatında deyilir.
Məlumatda deyilir ki, bu ilin yanvarında "Transneft" Azərbaycanın neftin tranziti ilə bağlı əvvəlki kommersiya sazişinə dair hər hansı təşəbbüsü olmadığından, bu kəmərin konservasiyası üzrə işlərə başlayıb.
Qeyd edək ki, ötən ilin mayında bu kəmər vasitəsi ilə neftin nəqlinə dair Azərbaycan və Rusiya arasında hökumətlərarası sazişə xitam verilib. Rusiya tərəfi bəyan edib ki, Azərbaycan nəql edilən neftin həcmi üzrə öhdəlikləri yerinə yetirməyib. Nəticədə, "Transneft"in tranzit gəlirləri nəqletmə sisteminin işlək vəziyyətdə saxlanılması xərclərini ödəmirdi.